Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəmkirdə intihar hadisəsi



Newscenter.az.29.05.2021. Şəmkir rayonunda 41 yaşlı qadın özünü ağacdan asaraq intihar edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.

Şəmkir rayon sakini, 41 yaşlı Samirə Quliyeva yaşadığı evin həyətində ağacdan özünü asaraq intihar edib. Onun meyiti qaynanası tərəfindən aşkarlanıb.

İlkin məlumatlara görə, qadın oğlu ilə mübahisə edib və daha sonra özünü asıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.
Xəbəri paylaş