Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Ali Məhkəməsinin baş prokuroru Azərbaycana gəlib-VIDEO



Newscenter.az.29.05.2021. Türkiyə Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahin Azərbaycanın baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev qarşılayıb.

Səfər zamanı beynəlxalq və regional səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aktual problemlərin həlli istiqamətində müzakirələrin aparılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.

Səfərin gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Xəbəri paylaş