“Azərbaycan Dəmir Yolları”na məxsus elektrovoz yanıb
Tarix: 30-05-2021, 01:34
Newscenter.az.30.05.2021. Siyəzən rayonunun Zarat kəndində "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-yə məxsus elektrovozun mühərrik hissəsində 25 p.m elektrik kabeli yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, elektrovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.