Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda COVİD-19-a yoluxanların sayı azalır



Newscenter.az.30.05.2021. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 864 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 324 103 nəfər müalicə olunaraq sağalıb, 4 907 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 854 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 535, bu günə qədər isə ümumilikdə 3 509 174 test icra olunub.
Xəbəri paylaş