Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Boston bələdiyyəsinin qarşısında Azərbaycan bayrağı qaldırılıb



Newscenter.az.30.05.2021. ABŞ-ın tarixi şəhərlərindən biri, Massaçusets ştatının paytaxtı Boston şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü il dönümü münasibəti ilə şəhərin bələdiyyə binasının qarşısında Azərbaycan bayrağı qaldırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, layihə Yeni İngiltərə (“New England”) Azərbaycan Cəmiyyətinin rəhbəri Tünzalə Eynullanın təşəbbüsü və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Üç rəngli bayrağımız Bostonda yaşayan həmvətənlərimizin iştirakı ilə Azərbaycan dövlət himninin sədaları altında havaya qaldırılıb. Qeyd edək ki, Azərbaycan bayrağı 10 gün ərzində bələdiyyə binasının qarşısında dalğalanacaq.
Xəbəri paylaş