Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya iqtisadiyyatı son 90 ilin ən dərin şokunu yaşayacaq-EKSPERT RƏYİ



Newscenter.az.30.05.2021. COVID-19 ilə bağlı 1 il 2 aydan çox və bu günə qədər davam edən fəaliyyətimə fasilə vermək qərarına gəldim. Əslində, bu fasiləni daha tez etməyi nəzərdə tutmuşdum, sadəcə qarşıma qoyduğum məqsədlərə çatmadığıma görə davam elətdirməli idim. Ümumiyyətlə, onu deyə bilərəm ki, dövlətimiz və millətimiz üçün bu yola çıxmazdan əvvəl qarşıma qoyduğum bütün məqsədlərimə çatdım.
Bu qərarımı bu gün buradan bir daha bildirməyimə səbəb isə son günlərdə hörmətli və mənə əziz olan jurnalistlərimizin saysız müraciətləri oldu. Hər biriniz dəyərlisiniz, işinizə olan sevgi ilə yanaşı dövləti və milləti sevməyiniz və dürüst olmağınız alqışa layiqdir.
İndi isə bilməli olacağınız bəzi vacib məsələlər barədə:

Önünüzdəki yayı möhtəşəm keçirməlisiniz ki, qarşıda sizi gözləyən çətin günlər üçün güc toplaya biləsiniz. Möhtəşəm keçirmək isə öz-özlüyündə ciddi bir məsuliyyətdir. Çətin günlər barədə çox danışmayacağam, sadəcə aşağıdakı elmi əsaslı rəsmi statistikalarla sizi tanış edib düşünməli olduğunuzu xatırladıram:

Ümumilikdə, 2021-ci ilin sonuna qədər 10 trilyon dollar, 2025-ci ilin sonuna qədər isə 22 trilyon dollar pul itkisi olacağı artıq hesablanıb. Bu, dünya iqtisadiyyatında İkinci Dünya Müharibəsindən bu günə qədər ən dərin şok və 1930-1932-ci illərdən sonra isə ən böyük depressiyadır. Bundan əlavə, artıq bu gün 100 milyondan çox insan həddindən çox yoxsulluğa düçar olmuşdur. Dünyada 2020-ci ildə məktəbli uşaqların təxminən 90%-ə qədərinin məktəbə gedə bilmə imkanı olmamışdır.

Yuxarıda düşünmək sözünü vurğuladım, çünki Azərbaycan cəmiyyətinə düşünmək, inkişaf etmək çox yaraşır. Düşünmək üçün mütləq inkişaf etmək vacibdir. Cəmiyyəti inkişafa aparan əsas meyarlardan da biri şəxslər və onların inkişafa aparan ideyalarıdır. Bizim cəmiyyət də düşünmək üçün birinci həmin şəxslərə dəyər verməlidir, öndə olan şəxslə ortalıqda olan şəxsi fərqləndirməyi bacarmalıdır. Bizim cəmiyyət təkcə gözü ilə yox, oxuyub, dərk edib sonra sevməlidir. Amma onu da deməyi özümə borc bilirəm ki, son Bakı səfərimdə avtomobilinə mindiyim taksi sürücüsünə cəmiyyətin inkişafı maraqlı deyildi, ona axşam evinə aparacağı pul daha çox maraqlı idi...

Sonda bu günə qədər olan fəaliyyətimlə bağlı qısa olaraq demək istəyirəm ki, mən həmişə doğruları dedim və dürüst oldum. Bunun bir çoxlarına nümunə olacağına əminəm.

Nuran Abdullayev-Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru
Xəbəri paylaş