Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən gün ölkə ərazisində neçə yanğın hadisəsi baş verib?



Newscenter.az.30.05.2021. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Newscenter.az FHN-ə istinadən xəbər verir.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə ötən sutka ərzində 6 nəfər, o cümlədən “VAZ” markalı iki minik avtomobilinin Şabran rayonu, Taxtalar kəndində toqquşması nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas olunub.
Xəbəri paylaş