Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın seçkidə qalib gəlmək şansı varmı?



Newscenter.az.30.05.2021. Ermənistanda seçkiqabağı vəziyyət gərgin olsa da, seçkilərin baş tutması real görünür. Seçkidə iştirak edəcək namizədlər içərisində baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan son günlər siyasi təzyiq altında olsa da, seçkidə qalib gəlmək şansı digər namizədlərə nisbətən daha çoxdur.

Hesab edirəm ki, Ermənistanda baş tutacaq seçkilərdə kimin qalib olması bizim üçün önəmlidir. Əgər seçkidə eks prezident Robert Koçaryan qalib olarsa, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının aparılması reallıqdan çox uzaq görünər. Hətta tərəflər arasında gərginlik çox arta bilər. Təbii ki, bu da onunla əlaqədardır ki, Koçaryan Qarabağ klanını təmsil edir və Qarabağın əldən çıxması ilə barışmaq niyyətində deyil. Onun seçkilərə erməni şovinist təşkilatı Daşnaksütunla birgə getməsi vəziyyətə açıq işarədir. Eks prezident Robert Koçaryan rusmeyilli siyasəti ilə də seçilir.

Nikol Paşinyan Robert Koçaryandan fərqli olaraq II Qarabağ savaşından sonra reallığı dərk edib və yaranmış vəziyyətlə barışmaq niyyətində olduğunu verdiyi açıqlamalarda ifadə edir. Həm də 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçlü müqavilələrinə imza atanlardan biri də Nikol Paşinyandır. Nikol Paşinyanın hakimiyyətdə qalması bizim üçün daha məqbul hesab edilə bilər. Paşinyan həmçinin qərbyönümlü olması ilə seçilir. Onun yenidən hakimiyyətdə qalması Qərbin, xüsusilə də ABŞ-ın Ermənistanda möhkəmlənmək imkanlarını artıra bilər ki, bu da regionda güc balansına təsir edə bilər.

Hesab edirəm ki, Paşinyanın yenidən seçilməsi ümumilikdə regionda vəziyyətin dəyişməsinə ciddi təsir edə bilər.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş