Newscenter.az.30.05.2021. Dövlət başçısı İlham Əliyevin Ağdama səfəri və verdiyi mesajlar aşağıdakı kimi qiymətləndirmək olar.
Birinci, Azərbaycanın hazırkı regionda siyasi-hərbi və iqtisadi rolu artmaqdır və ölkəmizə qarşı təzyiqlərə baxmayaq tərəfdaş ölkələrə yei layihələr həyata keçiriləcək. Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək.
İkinci, işğal olunmuş ərazilərdə və Ermənistanla dövlət sərhəddində Azərbaycan təhlükəsizliyini gücləndirəcək, həmçinin əhalinin məskunlaşdırılması tezləşdiriləcək. Məhz müharibədən dərhal sonra Füzuli aeroportunun təməlini qoyulması xüsusi mesaj idi.
Üçüncü, Ermənistana verdiyi mesajlardan aydın olur ki, dövlət başçısı sərhəd məsələsində bir qarış torpaqda güzəştə getməyəcək və Dəhlizin açılmasını reallaşdıracaq.
Dörüdüncü, Ermənistanla dövət sərhəddində bu ölkənin silahlı və terrorçu təxrinatlarıan qarşı əzici mövqe ortaya qoyacağını elan etdi. Məhz Ağdamda prezidentin bu mesajından sonra N. Paşinyan bir gölə görə Azərbaycanla müharibə aparmayacağını və Zəngəzur dəhlizinin açılmasının Ermənistanın da maraqlarına verdiyini bir qrup aktiv ermənin ona ünvalandığı suala cavab olaraq mesajını verdi.
İşğaldan azad olunmuş ərazilərdə birinci olaraq Ağdamda ilk infrasturukturun və şəhərin salınması, əhalinin məhz bura köçürülməsini siyasi əhəmiyyəti var. Ağdam Qarabağın mərkəzində yerləşir və buraya əhalini köçürməklə ermənilər üzərində siyasi-pxsixoloji təzyiq ediləcək. Həmçinin buradan Qarabağın digər ərazilərində işlərin sürətləndirilməsi üçün kordinasiya yaradılacaq.
Göründüyü kimi Qarabdağda gözlədiyimizdən də tez bir zamanda əhalinin məskunlaşdırılması rellaşacaq. Çünki, vaxt itirmək və gecikmək əleyhimizə işləyə bilər. Demoqrafiq vəziyyəti leyhimizə dəyişib, Xocavəndin kəndlərinə, Hadrut və Şuşaya əhalini yerləşdirməklə ermənilər tədricən Qarabağı tərk etməyə məcbur olacaqlar.
Məhəmməd Əsədullazadə-politoloq