Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəşad Nəbiyev türkiyəli həmkarı ilə görüşüb



Newscenter.az.30.05.2021. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri cənab Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə özünün faceboook səhifəsində məlumat verən nazir qeyd edib ki, türkiyəli həmkarı ilə keçirilən görüşdə
iki ölkə arasında avtomobil nəqliyyatı ilə tranzit yükdaşımaları, dəmir yolu nəqliyyatı, kombinə edilmiş beynəlxalq yükdaşımaları, mülki aviasiya, telekommunikasiya və peyk xidmətləri sahələrində əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə edilib.

Sevinc
Xəbəri paylaş