Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabahdan 72 istiqamət üzrə 663 avtobus regionlara xidmətə cəlb olunacaq



Newscenter.az.30.05.2021, May ayının 31-də saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində 1 il 2 ay davam edən fasilədən sonra ilk avtobuslar regionlarımıza yola düşəcək.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova verib.

"Məlumat üçün bildirim ki, BBAK-dan 72 istiqamət üzrə 663 avtobus sabahdan etibarən xidmətə cəlb olunub. Səfərdən öncə avtovagzal.az saytında şəhərlərarası (rayonlararası) sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə dair və şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı avtovağzallara dair təlimatla tanış olmağınız tövsiyyə edilir! Şuşaya və işğaldan azad olunan regionlarımıza da gələcəkdə səfər ümidi ilə, Allah yolunuzu açıq və rəvan etsin!".

Sevinc
Xəbəri paylaş