Newscenter.az.31.05.2021. Hazırda "Bakı Metropoliteni" QSC-nin bu il ölkəyə gətirməyi planlaşdırdığı 4 yeni qatar və yaxud 20 yeni vaqon Rusiyada istehsal olunmaqdadır.
Bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə göeə, həmin qatarlar Azərbaycana gətirildikdən sonra metronun balansında olan yeni qatarların sayı 19-a çatacaq.
“Bu qatarlar planlaşdırıldığı kimi, ilin II yarısında Bakıya gətiriləcək, tənzimləmə-sazlama və sınaq işlərindən sonra xəttə buraxılacaq. Hazırda 15 yeni qatar və yaxud 75 yeni vaqonumuz var. Onlardan 3-ü “İçərişəhər” – “Həzi Aslanov”, 12-si isə “Dərnəgül” - Həzi Aslanov istiqamətində işləyir. Bütün qatarlar saz vəziyyətdədir. Bildiyiniz kimi bu il yerli şəraitdə belə qatarlardan birində əsaslı təmir həyata keçirmişik. Həmin işlər martda başa çatdırılıb. Yalnız müvafiq təlimata uyğun olaraq texniki baxış, qulluq və xidmət üçün qatarlar depoya göndərilir”.