Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA sosial narazılıq yaradır, vətəndaşları dövlətə qarşı qaldırır



Newscenter.az.31.05.2021. "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti bu gün saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək dayandırılır.

Newscenter.az xəbər verir ki, məhdudiyyətin tətbiq olunduğu müddət ərzində əhalinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün trekin və onun ətrafındakı küçələrdən keçən marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Ancaq maraqlısı odur ki, Bakı Nəqliyyat Agentloyi marşrut xətlərinin hərəkət sxeminin müvəqqəti dəyişdiyi və ictimaiyyətə təqdim etdiyi dəyişiklik üzrə avtobusların hərəkətini təmin etmək barədə düşünmür. Bir sıra marşrut xətləri üzrə avtobusların AzNeft dairəsinə qədər hərəkət edəcəyi bildirilsə də, vətəndaşlar BNA tərəfindən aldadılır və həmin xətt üzrə demək olar ki, heç bir avtobus işləmir. Eyni mənfi tendensiyanı şəhərin digər istiqamətlərində dəyişiklik edilmiş marşrut xətləri barədə də söyləmək mümkündür.

Adətən belə situasiyalarda əksər qurumlar, eləcə də BNA gücləndirilmiş iş rejimində çalışmalı olduğu halda, BNA bunun əksinə gedərək marşrut avtobusların böyük bir qismini qarajlarda saxlayıb. Bu isə vətəndaşların saatlarla yollarda avtobus gözləməsi və eyni zamanda avtobuslarda güclü sıxlığın yaranmasına səbəb olub. Metro nəqliyyatı işləməyən zaman daha çox gəlir əldə etmək üçün bütün avtobusları xətlərə buraxan BNA-nin indiki vəziyyətdə təxirbatçı əmələ əl atmasının bir səbəbi ola bilər. Vətəndaşlar arasında sosial narazılığı artırmaq, cəmiyyəti dövlətə qarşı çıxarmaq.

P.S. Hesab edirik ki, BNA-nın dövlətə qarşı təxribatçı və sosial narazılıq yaratmaq cəhdi müvafiq dövlət qurumları tərəfindən ciddi araşdırılacaq və bu sabotaja yol verənlər ciddi şəkildə cəzalandırılacaq.

NEWSCENTER.AZ
Xəbəri paylaş