Bu gündən açıq havada maska taxılması ləğv edilir
Tarix: 31-05-2021, 00:07
Newscenter.az.31,05,2021, Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin bəzi məhdudiyyətləri aradan qaldırılır.
Newscenter.az xəbər verir ki, bunlardan biri saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbinin ləğv olunmasıdır.
Məlumat üçün ki, qapalı məkanlarda maska istifadəsi mütləqdir.