Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əlilliyi olan şəxslər TƏBİB-in binası qarşısında etiraz edib



Newscenter.az.31.05.2021. Bir neçə əlilliyi olan şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) binası qarşısında etiraz nümayiş etdirirlər.

“Report” xəbər verir ki, onların əsas narazılığı əlillik təyinatları ilə bağlı olub.

TƏBİB-dən “Report”a bildirilib ki, narazı vətəndaşlar qurumun nümayəndələri tərəfindən qəbul edilib və şikayətləri dinlənilir.

Vətəndaşlara məlumat verilib ki, əlillik və pensiya təyinatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən aparılmır:

“Tİbb müəssisələri yalnız həkim rəyinin əks olunduğu Forma-88 arayışı təqdim edir. Əgər vətəndaş həkim rəyini düzgün hesab etmirsə, o zaman həmin şəxsin müraciətinə fərdi qaydada baxıla bilər”.
Xəbəri paylaş