Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mövlud Çavuşoğlu Yunanıstanda görüşlərə başladı



Newscenter.az.31.05.2021. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın paytaxtı Afinda səfərdədir.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, hazırda onunla yunanıstanlı həmkarı Nikos Dendias arasında görüş keçirilir.

XİN başçıları ikitərəfli əməkdaşlığa və regional vəziyyətə dair bir sıra məsələləri, eləcə də Qərbi Trakiyada yaşayan türklərin problemlərini müzakirə edirlər.

M.Çavuşoğlunun Yunanıstanın baş naziri Kiryakos Miçotakislə də görüşü gözlənilir.
Xəbəri paylaş