Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə Navalnı ssenarisi



Newscenter.az.31.05.2021. Sədat Peker, güya, camaata canı yanan adam obrazına bürünüb. Feto da belə idi. Əl verib öpüşür, özünü iqtidaryönümlü, xalqa canı yanan, dindar biri kimi təqdim edirdi. Nəticə olaraq isə arxa-dayağı olan Amerikadadır. Peker də bu çevrə içində yetişdirilmiş adamdır.

Xatırlamamış olmarsız, Bayden deyirdi ki, Ərdoğan iqtidarını müxalifətə dəstək verərək yıxmaq lazımdır. Bayden müxalifət deyəndə Kamal kimi, Məral kimisini nəzərdə tutmayıb. Feto kimilərinə, Peker kimilərinə işarə edirdi. Peker bir müddət uzaqlaşdıqdan sonra Amerika bunu himayəsinə aldı və yetişdirdi. Nə deməsi lazımdır onları əvvəlcədən nizamlayıb hazır mətni qoydular önünə. "Arxalı köpək qurd basar" məsəli burda yerinə düşür.

Videolarına milyonlarla baxış isə İqtidarın yaratdığı boşluqdan irəli gəlir. iqtidar da süddən çıxmış ağ qaşıq deyil. Bəzi yanlış addımlar atdı. Və o yanlışlar Peker kimisinin əlində avantaj oldu! Ərdoğana qarşı müxalif fikirlər çoxdur.. Amma Türkiyə üçün Ərdoğan alternativlər içərisində ən optimalıdır. Sədata gəldikdə isə "vaxtsız banlayan xoruzun başı tez kəsilər".

Elman Vəliyev-siyasi şərhçi
Xəbəri paylaş