Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müharibəsində şəhid olan daha bir hərbçinin nəşi tapılıb



Newscenter.az.31.05.2021. Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Neftçala rayonundan olan əsgər İmanov Məmmədağa İqab oğlunun nəşi tapılıb.

Onun sabah Neftçala şəhər Şəhidlər xiyabanında dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, şəhidimiz 2001-ci il aprelin 4-də Neftçala rayonunun Dalğa kəndində anadan olub.
Xəbəri paylaş