Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğanın Azərbaycan səfərindən gözləntilər nələrdir?



Newscenter.az.1.06.2021. Mediada yayılan məlumatlara əsasən iyun ayının 14-16-da Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri baş tutacaq. Bu səfər çərçivəsində Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti cənab İlham Əliyevlə birgə Şuşaya səfər etməsi planlaşdırılır.

Bu həssas dövrdə baş tutacaq səfərin Azərbaycan üçün əhəmiyyəti olduqca böyükdür.
Bir neçə gün öncə Azərbaycan prezidentinin sərəncamına əsasən üç türk şirkətinin Azərbaycanın Kəlbəcər bölgəsində yerləşən mədənlərin istismarına icazə verilməsi də Azərbaycan üçün faydalı olacağını hesab edirəm. Təbii ki, türk şirkətlərinin orada olduğu müddətdə kiminsə cəsarət edib onlara qarşı hansısa təxribat törədəsi axmaqlıq olar.

Digər tərəfdən bu səfər çərçivəsində nəzərdə tutulmuş layihələrini və işlərin icrası ilə bağlı sənədlərin imzalanması da gözləniləndir.
Hesab edirəm ki, Qarabağın işğaldan azad edilmiş bölgələrdə yenidənqurma və bərpa işlərinə, həmçinin digər sənaye sahələrinə daha çox türk şirkətlərinin cəlb edilməsi Azərbaycan üçün ancaq fayda verə bilər.

Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən gözlətilər çoxdur, xüsusilə də hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş