Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəssam Sevinc Hüseynin "Məsumiyyəti Qoruyaq" adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilib-FOTOLAR



Newscenter.az.1.06.2021. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş layihə rəhbəri və təşkilatçısı Elnurə və Aygün İsgəndərovaların olduğu Azərkitabla birgə təşkil olunmuş Azərbaycan Rəssamlar İttifaqın üzvü , rəssam Sevinc Hüseynin "Məsumiyyəti Qoruyaq" adlı ilk fərdi yaradıcılıq sərgisi keçirildi.

Newscenter.az xəbər verir ki, sərgidə fırça ustasının kətan üzərində akril boya ilə 15 müxtəlif irqlərdən olan uşaqlara həsr etdiyi portretlər, ümümilikdə isə 35 əsəri nümayiş olundu. Öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi. Sərgini giriş sözü ilə layihə rəhbəri Elnurə İsgəndərova açaraq bu möhtəşəm əsərləri ərsəyə gətirdiyinə görə Sevinc xanıma təşəkkürünü bildirdi. Müharibələrdən ən çox əziyyət çəkən uşaqların olduğunu diqqətə çatdıraraq gələcək xöşbəxt dünyamız üçün zorakılıqdan, terrordan, səfalətdən birgə qorunmalı və eləcə də sevgi, qayğı ilə əhatə olunmasının vacibliyini diqqətə çatdırdı.

Sonra sözü bir-birindən heyrətamiz uşaq dünyasını əks etdirən əsərlərin müəllifi rəssam Sevinc Hüseyinə verdi. Sevin xanım ilk öncə sərgidə iştirak edən fəxri qonaqlara və eləcə də zoom üzərindən tədbirə qoşulan izləyicilərə təşəkkürünü bildirdi. Öz daxili dünyasında uşaq çöhrələrinin təmizliyi , saflığı ilə ilhamlanıb əsərləri yaratdığını deyən Sevinc xanım uşaqların dünyada ən məhsum qorunmağa, sevilməyə və təhsillərinə diqqət çəkilməli olduğunu bildirərək sərginin adının da məhz dinindən, dilindən , irqindən asılı olmayaraq məsumiyyətlərinin qorunmalı olduğunu qeyd etdi. İlk fərdi yaradıcılıq sərgisinə dəstək olan təşkilatçılara dərin təşəkkürünü bildirdi.

Azərkitabın layihə rəhbəri Sabir Həsənov öz çıxışında Sevinc xanımı ilk fərdi yaradıcılıq sərgisi münasibətilə təbrik etdi və 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi gününə böyük bir hədiyyə olduğunu bildirdi. Yazıçı Gülzar xanım öz növbəsində çoxsaylı uşaq kitabının müəllifi olduğunu və uşaqlar üçün yazıb yaratmağın önəmindən danışaraq uşaqlar üçün yazdığı yeni şeirini oxudu.

Tədbirdə AVMVİB Zəngilan rayonu üzrə sədri Azad Musayev, Komutan Ənvər Qarayev , Komutan Zakif Abbasov , Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Kəlbəcər rayonu üzrə sədri Gəncəli Mehdiyev, texnika elmlər doktoru , professor Ənvər Həzərxanov və digər fəxri qonaqlar iştirak edirdilər. Sonda rəssam Sevinc Hüseyin və təşkilatçılar "Azərkitab" Kitab Təbliğatı Mərkəzi , Abşeron Gənclərin İnkişafı İB və AVMVİB tərəfindən diplom və fəxri fərmanlarla təltif olundular.

NEWSCENTER.AZ
Xəbəri paylaş