Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Pakistan televiziyasına müsahibə verib



Newscenter.az.1.06.2021. İyunun 1-də Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirak edən KİV nümayəndələri ilə görüşüb, Pakistan televiziyasına müsahibə verib.

Newscenter.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Azərbaycan parlamentinin Spikeri tədbirin əhəmiyyətini qeyd edib. Belə bir mühüm tədbirə ev sahibliyi etdiyinə görə Pakistan tərəfinə minnətdarlığını ifadə edən Sahibə Qafarova deyib ki, bu təşkilat çərçivəsində böyük imkanlar mövcuddur. O, Azərbaycanın Pakistan və Əfqanıstandan sonra İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası üzvlərinin toplaşacağı üçüncü ölkə olacağını da bildirib.

Arzu
Xəbəri paylaş