Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Misirin turizm assosiasiyaları əməkdaşlıq memorandumu imzalayıb



Newscenter.az.2.06.2021. Azərbaycan Turizm Assosiasiyası ilə Misir turizm agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Newscenter.az xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı, «Türk hava Yolları» və «Piramida Travel» şirkətlərinin təşkilati dəstəyi ilə Misir Ərəb Respublikasına infotur təşkil olunmuşdur.

İnfotur Qahirə və Şarm Əl Şeyx şəhərlərində baş tutmuşdur. Azərbaycanın 10 aparıcı turizm sənayesi nümayəndəsinin iştirak etdiyi bu səfərdə əsas məqsəd iki ölkə arasındakı turizm əlaqələrini daha da qüvvətləndirmək idi. Eyni zamanda, məhşur səyyah və blogger, o cümlədən, Azərbaycan Turizm Bloggerləri Assosiasiyasının sədri Azər Qərib də AZTA-nın dəvəti ilə səfərdə iştirak etmişdir.
Tur zamanı Qahirə və Şarm Əl Şeyxin ən qabaqcıl otelləri ziyarət edilmiş və otellərin bütün imkanları iştirakçılara əyanı şəkildə göstərilmişdir. Bundan başqa adı çəkilən şəhərlərdə olan turizm məkanlarına turlar təşkil edilmiş və Misirin turizm potensialı turizmçilərə təqdim olunmuşdur.

Səfər çərçivəsində Azərbaycan Turizm Assosiasiyası ilə Misir turizm agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Bununla da iki ölkə arasındakı turizm əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaranacaqdır. Tərəflər arasında gələcəkdə həm Azərbaycana həm də Misirin digər şəhərlərinə turların yenidən təşkil olunması haqqında razılıq əldə olunmuşdur.


Sevinc
Xəbəri paylaş