Newscenter.az.2.06.2021. Xaçmaz rayonunda Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) tərəfindən qadın sahibkarların əl işlərindən ibarət satış-sərgi təşkil olunub.
Newscenter.az KOBIA-ya istinadən xəbər verir ki, “Xaçmaz KOB evi”nin qarşısındakı parkda keçirilmiş sərginin məqsədi müxtəlif əl işləri hazırlayan qadın sahibkarların əl işlərinin satışına dəstək göstərməkdir.
Sərgidə Xaçmaz rayonundan olan 10-na yaxın qadın sahibkar tərəfindən hazırlanmış toxuma oyuncaqlar, müxtəlif aksesuarlar, sabunlar, dekorativ əşyalar və digər əl işləri nümayiş olunub
Sevinc