Newscenter.az.2.06.2021. Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.
“Report” xəbər verir ki, toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir.
İclasda müzakirə olunan məsələlərdən biri də Azərbaycanın Ağdam rayonunda yerləşən və Qarabağda atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətidir.
Toplantıda Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanla yanaşı, Liviya və Suriyadakı fəaliyyəti də nəzərdən keçirilir.
İclasda İraqın şimalında terrorçulara qarşı keçirilən “Pençe” əməliyyatlarının gedişi, Kipr məsələsi, Egey və Aralıq dənizindəki vəziyyət, terrora qarşı mübarizə və digər strateji məsələlər müzakirə olunur.
İyunun 14-də Brüsseldə NATO-ya üzv dövlətlərin zirvə toplantısı keçiriləcək. Təhlükəsizlik Şurasında müzakirə edilən digər məsələ Türkiyə hərbçilərinin alyansdakı vəzifələri ilə bağlıdır.