Newscenter.az.4.06.2021. Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini Rəşad Mafusovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Vladislava Maqaletskayanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Vladislava Maqaletskaya bildirib ki, Ukrayna Azərbaycan ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, Azərbaycan ilə Ukrayna arasında illik idxal-ixrac əməliyyatlarının 120 milyon dollardan çoxu qida məhsullarının payına düşür.Həmçinin bu sahədə fəaliyyətin daha da genişləndirilməsinin mümkünlüyü diqqətə çatdırılıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən AQTA - nın sədr müavini Rəşad Mafusov qeyd edib ki, Azərbaycan qida təhlükəsizliyi sahəsində Ukrayna ilə əməkdaşlığın genişdirilməsində və hər iki ölkənin təcrübəsinin qarşılıqlı tətbiqində maraqlıdır.
Səfər çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti, həmçinin Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə aid olan qurumlarının iş fəaliyyəti ilə tanış olub.
Orxan