Newscenter.az.4.06.2021. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, görüşdə məqsəd qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində Dövlət Komitəsi ilə İctima Şura arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkil edilməsi olub. Komitə rəhbərliyinin və vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə İctimai Şuranın sədri Anar Xəlilov qarşıya qoyulmuş vəzifələr və onların icrası üçün hazırlanmış fəaliyyət planı haqqında məlumat verib. Şuranın fəaliyyətinin səmərəli təşkili məqsədi ilə zəruri məlumatların əldə edilməsi, eyni zamanda, ictimai iştirakçılıq tələb edən məsələlər üzrə məsləhətləşmələrin aparılması baxımından görüşün əhəmiyyətli olduğu vurğulanıb.
Daha sonra Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri ilə İctimai Şura üzvləri arasında fəaliyyət planına uyğun müzakirələr aparılıb, təkliflər dəyərləndirilib. Bir daha qeyd olunub ki, şuranın fəaliyyətinin yüksək səviyyədə təşkilinə komitə rəhbərliyi tərəfindən zəruri dəstək veriləcəkdir.
Daha sonra İctimai Şuranın üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.
Sevinc