Newscenter.az.4.06.2021. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Türkiyə Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı ilə görüş olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Türkiyə arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.