Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Azərbaycanın Pakistandakı səfirliyində olub



Newscenter.az.4.06.2021. Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub. Milli Məclisin Sədri burada Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

Nescenter.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, sonra parlamentin Sədri və nümayəndə heyətinin üzvləri səfirlik əməkdaşları ilə tanış olaraq onlar üçün burada yaradılmış şəraitlə yaxından maraqlanıblar.

Milli Məclisin Sədri səfirlikdəki xatirə kitabına öz ürək sözlərini yazıb.


Arzu
Xəbəri paylaş