Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzur dəhlizi Pekin-Bakı əlaqələrinin inkişafına təkan verəcək



Newscenter.az.4.06.2021. İyunun 2-də ölkə başçısı cənab İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında telefon danışığı baş tutub. Bu telefon danışığı zamanı dövlət başçıları arasında aparılmış danışıqlardan belə qənaətə gəlmək olar ki, tərəflər dostluq münasibətlərinin daha da inkişaf etdirilməsindən məmnundurlar.

Təbii ki, bugün Azərbaycan və Çin arasında siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurlu əməkdaşlıq mövcuddur və görünən odur ki, tərəflər arasında münasibətlər bundan sonra da sürətlə inkişaf etdiriləcək.

Dövlət başçıları arasında baş tutmuş bu danışıq zamanı 2022-ci ildə Azərbaycan və Çin arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd ediləcəyi bildirilib və bu əlamətdar hadisə isə hər iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişafına imkan yaradacağına əminlik vurğulanıb.

Nəzərə alsaq ki, Azərbaycan və Çin arasında diplomatik münasibətlər qurulan zaman Çin Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Bugün Azərbaycan və Çin arasında əlaqələrin belə sürətli inkişaf etməsində digər əsas səbəblərdən biri də 2013-cü ildə Çin tərəfindən başladılan "Bir kəmər, bir yol" layihəsidir. Azərbaycan Çinin bu unikal layihəsinin üzərində yerləşməsi tərəflər arasında münasibətlərin inkişaf etdirilməsində ancaq müsbət təsir edə bilər. Digər tərəfdən artıq Azərbaycanın bəzi layihələri həyata keçirtməsi, Bakı-Tiblisi-Qars dəmir yolu xəttini çəkib istifadəyə verməsi, Bakı Dəniz Limanını tikib istifadəyə verməsi həm Çinin işini rahatlaşdırır, həm də Azərbaycana daha çox valyuta axınına imkan yaradır.

Azərbaycan və Naxçıvan arasında əlaqələrin qurulması üçün Zəngəzur dəhlizinin açılması məsələsinin həll edilməsinin özü də "Bir kəmər, bir yol" layihəsinin, daha dəqiq desək Azərbaycan-Çin əlaqələrinin inkişafına təkan olacağını demək mümkündür.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş