Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana qarşı düşmənçilik hisləri davam etdiyi təqdirdə dəmir yumruq yenidən işə düşəcək



Newscenter.az.6.06.2021. İyun ayının 4-də saat 11 radələrində işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən Susuzluq kəndi istiqamətində ermənilər tərəfindən yola yerləşdirilmiş tank əleyhinə minaya düşərək 3 vətəndaşımızın, o cümlədən, 2 jurnalistimiz-Sirac Abışov, Məhərrəm İbrahimov və RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi nümayəndəsinin müavini Arif Əliyevin həlak olması və digər 4 vətəndaşımızın isə müxtəlif bədən xəsarətləri ilə ağır yaralanmaları erməni faşizminin terrorçu xislətini bir daha göstərdi. Onların insanlığa sığmayan bu kimi yırtıcı hərəkətlərini davam etdirmələri milliyətindən asılı olmayaraq qəlbində azacıq da olsa insani hisləri olan hər bir şəxs tərəfindən pislənməli və xalqımıza qarşı bu vəhşiliyə edən ermənilər lənətlənməlidir.

Çox təəssüflər olsun ki, Fransa və bir qrup digər ölkələrin həmişə qəddar ermənilərin yanında olması bu qaniçən millətin Azərbaycan xalqına və dövlətinə qarşı heç bir hüquqi əsası olmayan murdar hərəkətləri dayanmadan davam etdirməsinə rəvac verir. Halbuki, beynəlxalq konvensiyaları kobud şəkildə pozan Ermənistan və onun terrorçu siyasi xadimləri bugünə kimi onlar tərəfindən minalanmış ərazilərin xəritəsini Azərbaycana təhvil verməkdən hər vəchlə boyun qaçırırlar.

Onların bu fəaliyyətində bütün ermənilərin katalikosu II Qaragenin Qarabağda yaşayan ermənilərlə görüş təşkil etməsi onlar arasında xalqımıza düşmənçilik hislərini təbliğ etməsi Ermənistanın hələ də öz məkrli siyasətindən əl çəkmədiyini bir daha əyani şəkildə sübut edir. Ancaq onlar unudurlar ki, bu həyatda hər şeyin bir sonu var. İnanırıq ki, artıq Ermənistan dövlətinin sonuna az qalıb. Azərbaycana qarşı aparılan bu iyrənc siyasət və düşmənçilik hisləri davam etdiyi təqdirdə tez bir zamanda dəmir yumruq yenidən işə düşəcək və məkrli düşmənin başını zəhərli ilanın başı kimi əzəcəkdir.

Mən bu terror nəticəsində həlak olmuş vətəndaşlarımıza Allahdan rəhmət diləyir, yaralılarımıza isə tezliklə sağalmağı arzulayıram.

Səbinə Xasayeva-Milli Məclisin deputatı
Xəbəri paylaş