Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məmurlar tərəfindən rüşvət alınması dövlətin qanunlarına hörmətsizlikdir



Newscenter.az.6.06.2021. Azərbaycandakı sosial bəlaları cərgəyə düzsək, birinci sırada korrupsiya və rüşvət faktları yer alar. Bu gün cəmiyyəti hörümçək toru kimi caynağına almış rüşvətxorluq və ciddi siyasi iradə əsasında dönməz xarakter almış korrupsiyaya qarşı mübarizə bir-birinə nifrət edən iki böyük qüvvə kimi qarşı-qarşıyadır. Birincisi şər, ikincisi xeyir timsalında vuruşur. Sonda hansı qalib gəlsə, cəmiyyətimizin gələcəyi də o istiqamətdə irəliləyəcək.

Nə qədər ki, mübarizə başlamamışdı, sanki hər şey öz axarı ilə gedirdi. Amma bu hal tamamilə aldadıcı idi. Rüşvətxorluq cəmiyyəti içəridən gəmirirdi. İnsanlarda millətimizin özünə münasibətdə neqativ fikirlər bu əsasda getdikcə güclənirdi. Əgər ölkə rəhbərliyi özündə güc tapıb bu bəlaya qarşı qətiyyətli mübarizəyə başlamasaydı, bu gedişatın axırı çox acınacaqlı olacaqdı. Şükürlər olsun ki, arzuolunan güc tapıldı və qansoran simptomla mübarizə həyata vəsiqə aldı.

Məmurlar tərəfindən rüşvət alınması dövlətin qanunlarına hörmətsizlikdir. Prezident İlham Əliyevin apardığı siyasətin məzmununu qavramamağın nəticəsidir. Korrupsiya hallarına yol verən məmurun aşkarlanması və məsuliyyətə cəlb edilməsi alqışlanmalıdır. Onlar bilməlidir ki, cəzadan kənarda qala bilməzlər. Kimliyindən asılı olmayaraq qanun hər kəs üçündür. Bu həm də digər yüksək rütbəli məmurlar üçün xəbərdarlıq olmalıdır. Bundan lazım olan nəticəni çıxarsınlar. Əgər hansısa məmur köhnə adətlərindən, yəni rüşvət almaqdan əl çəkmirsə, onları bağışlamaq olmaz. İstənilən baş vermiş əməllər ciddi araşdırılmalıdır. Cəzanın ən sərt üzünü görməlidirlər.

ölçü götürülməlidir ki, bu da digərlərinə dərs olsun. Görün vəziyyət nə həddə çatıb ki, prezidentin özü bu tip məmurlara qarşı cəmiyyətə müraciət edir. Yəni bəlkə də onlara qarşı mübarizə biz gördüyümüz kimi sadə və bəsit deyil. Amma istənilən halda 44 günlük müharibədə elə bir düşmənə qalib gələn rəhbərlik təbii ki, xalqın etimadına və güvəninə əsaslanaraq dövləti belə məmurlardan da xilas etsin. Düşünürəm ki, bu, başqalarına bir növ siqnal olmalıdır. Eyni zamanda real addımlar da atılmalıdır ki, həm cəmiyyət, həm də digərləri görsün ki, səsləndirilən fikirlər sadəcə hədə-qorxudan ibarət deyil və bu, əməldə də həyata keçirilə bilər. Yəni "dəmir yumruq" hər yöndə öz fəaliyyətini göstərməlidir, xarici qüvvələrə qarşı, rüşvətxor məmurlara qarşı və s. Bu yumruq elə bir yumruqdur ki, çox şeyləri islah edir.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş