Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulu keçirib-FOTOLAR



Newscenter.az.6.06.2021. Milli Məclisin deputatı Könül Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinləri, eləcə də Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşları ilə Deputat Qərargahına birbaşa, telefon və rəsmi sosial şəbəkələr üzərindən daxil olan müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkilinin Deputat Qərargahından verilən məlumata görə, həftə ərzində ümumilikdə 24 müraciət daxil olmuş, 16 nəfər isə canlı qəbul zamanı dinlənilib.

Newscenter.az-a Könül Nurullayevanın Deputat Qərargahından bildirilib ki, millət vəkili rəsmi sosial media hesablarında qəbul iştirakçılarını ən çox narahat edən məsələlərə də aydınlıq gətirib. K. Nurullayeva bildirib ki, qəbul iştirakçılarını narahat edən başlıca məsələlər pandemiya dönəmində məşğulluq, maddi yardım, sosial təminat, pensiyaların ödənilməsində yaranan gecikmələr, həmçinin binaların təmiri, əmlak alqı-satqısı, sağlamlıq durumu və idmançıların üz-üzə gəldiyi problemlər kimi qiymətləndirilə bilər.

Vətəndaşları narahat edən bu və digər məsələlər qeydiyyata alınıb. Deputat K. Nurullayeva vətəndaş müraciətlərini ən yaxın zamanda aidiyyatı üzrə müvafiq qurumlara ünvanlayacağını bildirib.

Ruhiyyə



Xəbəri paylaş