Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Peşə fəaliyyətlərini yerinə yetirən qəhrəman jurnalistlərimizin həlak olmasında Ermənistan məsuliyyət daşıyır

Peşə fəaliyyətlərini yerinə yetirən qəhrəman jurnalistlərimizin həlak olmasında Ermənistan məsuliyyət daşıyır


Newscenter.az.6.06.2021. Azərbaycan Televiziyası (AZTV) və “AZƏRTAC” İngormasiya Agentliyinin cəsur əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun, eləcə də RİH başçısının Kəlbəcər rayonunun Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin öz xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olması məni dərin sarsıtdı.

Cəmiyyətə lazımlı informasiyanı öz həyatları bahasına əldə edən qəhrəman jurnalistlərmizin ruhu qarşınızda baş əyir, əzizlərinə yaxınlarına uca Allahdan səbr diləyirəm.

Bu dəhşətli terror aktı bir daha Ermənistanın terrorçu əməllərinin növbəti əyani sübutudur. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarını pozaraq işğaldan azad olunmuş ərazilərdə yerləşdirilmiş minaların xəritələrini vermir və bununla da günahsız insanların ölümünə bais olur. Öz peşə fəaliyyətlərini yerinə yetirən qəhrəman jurnalistlərimizin həlak olmasında da birbaşa Ermənistan məsuliyyət daşıyır.

Sirac Abışov və Məhərrəm İbrahimov Vətən müharibəsinin ilk günlərindən qələm və kameralarını süngüyə çevirərək ən qaynar atəş nöqtələrindən operativ məlumatları tamaşaçılarımıza, izləyicilərimzə çatdırırdılar. Ərazilərimiz erməni işğalından azad edildikdən sonra da yorulmadan qarlı-şaxtalı günlərdə Qarabağı qarış-qarış gəzərək erməni vandallarının törətdikləri dağıntılar, cinayətləri. qeyri-insani hərəkətlər, nadir mədəni tarixi abidələrimizin amansızcasına dağıdılması, təbii sərvətlərimizin talan edilməsi barədə faktları sənədləşdiridilər, həqiqətləri dünya ictimaiyyətinə çatdırırdılar. Onların hazırladığı hər reportaj, kameranın lentinə köçürdükləri hər material erməni terrorizminin mahiyyətini dünyaya çatdırmaq, erməni yalanlarını ifşa etmək baxımından ən dəyərli sübutlardır, onların topladqları materiallar tarximizin zəngin salnaməsidir, hərbi jurnalistikamızın qızıl fondudur.

Sirac və Məhərrəm öz ölümləri, qanları bahasına Ermənistanın tötətdiyi vəhşilikləri tarixə köçürən qəhrəman şəhid jurnalistlərimiz Salatın Əsgərova, Alı Mustafayev, Çingiz Mustafayevin haqq dünyalarına qovuşdular, onların ucaldığı mübarək şəhidlik zirvəsində yer aldılar. Bu gün Vətənin hər bir övladı şəhid jurnalistlərimizlə qürur duyur, onların əziz xatirələrini daim qəlblərdə yaşayacaqdır.

Allah rəhmət eləsin! Məkanların cənnət olsun!

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş