Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Pakistana gedib
Tarix: 7-06-2021, 16:22
Newscenter.az.7.06.2021. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfərə gedib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan və Pakistan HDQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair brifinqlər veriləcək.