Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DGK quru sərhədlərinin açılacağı xəbərini təkzib etdi



Newscenter.az.7.06.2021. Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanlarında hansısa “mənbə”lərə istinadən iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair məlumatlar yayımlanıb.

Newscenter.az xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov səsləndirib. Komitə rəsmisi daha sonra qeyd edib:

"Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, sərhədlərin açılmasına dair qərar Azərbaycan Resbublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir, hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. Xatırladaq ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur".

Sonda media qurumlarına gömrük orqanlarının fəaliyyəti ilə bağlı informasiyalar yayımlayarkən rəsmi məlumatlara istinad etmək tövsiyə olunur.

Sevinc
Xəbəri paylaş