Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rüşvətxorluq ilə vidalaşmaq üçün bizə möhkəm iradə lazım olacaq



Newscenter.az.7.06.2021. "Rüşvətxorluq irsi ilə vidalaşmaq üçün bizə möhkəm iradə, vətənpərvərlik, Ali Baş Komandanımıza sədaqətli olmağımız lazım olacaq. Rüşvətxorluq bir məktəbdir və uzun illər o məktəbdə şagirdlər yetişdirilib, hətta təzə təyin olunanların içərisində də bu məktəbinin kifayət qədər yetirmələri var".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hüquqşünas Əli İbrahimovun sözlərinə görə, dövlət qulluğunda olan elə nəsil yetişməlidir ki, vəzifəyə gedəndə oraya qazanmaq yox, insanlara, dövlətə qulluq etməyə getdiyini anlasın:

"Dövlət qulluqcusu dünya görüşü kökündən dəyişməlidir. Vəzifəyə və dövlət xidmətinə təyin edilmiş şəxslər vəzifəyə gedib, rüşvət alıb dövlətli olmağı, riyakarlıq edərək yüksəlməyə son qoymalıdır. Təbii ki, hər şey vəzifəyə təyin edən vəzifəli şəxslərin bundan sonra atacağı addımlardan asılı olacaq. Əgər kadr xidməti ideologiyanı dəyişib, normal ideologiya gətirsə, vəziyyət qısa zamanda dəyişər. Yox, bu ideologiyanın üzərində idarəetməni davam etdirmək istəsələr, yeni rüşvətxorlar ortaya çıxacaq".

Mehman
Xəbəri paylaş