Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər



Newscenter.az.7.06.2021. Hər hansı bir ölkə daxilində iqtisadi fəaliyyətin özünəməxsusluğu çoxlu amillərlə şərtlənir. Belə ki, təbii resursların mövcudluğu və müəyyən iqlim şəraiti ilə Milli sərvətin kəmiyyəti və cəmiyyətin demoqrafik quruluşu ilə, Milli mentalitetin xüsusiyyətləri ilə, dövlət, siyasi və ictimai quruluşun xüsusiyyətləri ilə. Bununla yanaşı hər bir ölkənin iqtisadiyyatı, başqa sözlə, onun Milli iqtisadiyyatı bütün dünya iqtisadiyyatı üçün xas olan çoxlu ümumi cəhətlərə malik olmaqla, əsasən ümumi iqtisadi qanunlar əsasında inkişaf edir.

Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı təmin edilmişdir. Bu prosesin əsasında ölkəmizdə aparılan uğurlu siyasət dayanır. Son illərdə iqtisadi inkişafın tempinə görə dünyada demək olar ki, birinciliyi əldə saxlayan Azərbaycan bu nailiyyətlərə təkcə özünün təbii resurslarının zənginliyi ilə deyil, əsasən, düzgün müəyyənləşdirilən iqtisadi-siyasi strategiya nəticəsində müvəffəq olmuşdur.

Hazırda ölkədə fəaliyyət göstərən banklar və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir. Dövlətin çevik reaksiyası nəticəsində yaranan texniki çətinliklər öz həllini tapıb. Eyni zamanda, hazırda yenilənmiş pul nişanları ilə yanaşı, köhnə nümunəli 1, 5 və 50 manatlıq pul nişanları da paralel olaraq tədavül vasitəsidir və məhdudiyyətsiz istifadə edilir. Hazırda pul nişanlarının ödəniş terminallarında qəbulu ilə bağlı hər hansı çətinlik müşahidə olunmur.

Dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilib.

Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.

Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".
Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Cari ilin 29 may tarixində ölkə başçısı cənab İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.

Son illərdə Bakıda müasir üslubda tikilmiş hündürmərtəbəli binalar sırasına əlavə olunan Ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdə yerləşən İqtisadiyyat Nazirliyinin yeni inzibati binası müasir memarlığı ilə diqqəti cəlb edir. Nazirliyin yeni binasının açılışı dolayısilə Azərbaycanın regionun lider ölkəsi statusunun növbəti təsdiqidir. Düzgün və düşünülmüş siyasət, beynəlxalq təşəbbüslərimiz bu gün ölkəmizi dünyada yalnız sabit və inkişaf edən ölkə deyil, həm də əməkdaşlıq məkanı kimi təqdim edir.

Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Xəbəri paylaş