Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: "O, həm də Qafqazın Mehriban simasıdır"



Newscenter.az.7.06.2021. Bu günlərdə Gürcüstan Elmlər Akademiyasının dəvəti ilə Tiflis şəhərində olduq. Səfərimizin məqsədi “Azərbaycanın Mehriban Siması” kitabımın gürcü dilində təqdimat mərasiminin keçirilməsi idi. Tədbirdən öncə, millət vəkili, akademik Nizami Cəfərov, sabiq deputat, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Tiflisdə Ulu öndər Heydər Əliyevin adına olan parkda olduq, abidəsi önünə güllər qoyduq.

Tədbir Gürcüstan Yazıçılar Birliyinin akt zalında keçirildi. Tədbiri giriş söz ilə Gürcüstan Elmlər Akademiyasının prezidenti Giorgi Kvesitadze açaraq ölkələrimiz arasında dostluq və qardaşlıq, strateji müttəfiqlik münasibətlərdən söz açdı. Kitabın əhəmiyyətindən danışan Kvesitadze Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanı tək Azərbaycanın yox, Qafqazın Mehriban Siması adlandırdı.

Sonra çıxış üçün söz Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevə verildi. Səfir qeyd etdi ki, regionun yaxın müttəfiq ölkələri olan Azərbaycan və Gütcüstan arasında bütün sahələrdə yaxşı əməkdaşlıq qurulub, humanitar sahədə əlaqələr uğurlu inkişaf edir. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkədə çoxmiqyaslı layihələr həyata keçirilməkdədir. Sosial-humanitar layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri vardır. Fondun bu ölkədə elm, təhsil, səhiyyə, idman və digər sahələrdə həyata keçirdiyi mühüm layihələr minlərlə insanın həyatında dərin izlər buraxmışdır. Hazırda bu istiqamətdə səmərəli əməkdaşlıq davam etməkdədir.

Tədbirdə çıxış edən Gürcüstan Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Roin Metreveli müstəqil ölkələr olan Azərbaycan və Gürcüstan Respublikaları arasında münasibətlərin yüksək səviyyəyə çatmasında dahi siyasətçilər Heydər Əliyevin və Eduard Şevardnadzenin əvəzolunmaz xidmətlərindən danışdı. Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın böyük uğurlar qazandığını, möhtəşəm iqtisadi inkişaf gücünə malik ölkəyə çevrildiyini qeyd edərək Cənab Prezidentlə birgə bu milisiliz tərəqqinin əldə olunmasında Mehriban xanımın yorulmaz fəaliyyətini yüksək qiymətləndirdi. Vitse-prezident kitabın gürcü dilinə tərcünə olunmasını böyük əsər kimi qiymətləndirdi.
Akademik Nizami Cəfərov çıxışı zamanı iki olkə arasında dostluq əlaqələrindən və bir çox sahələrdə əldə edilmiş örnəkverici uğurlardan danışdı. Mehriban xanım Əliyevanın dövlət adamı, həm də qayğıkeş xanım kimi Gürcüstanın ictimai-humanitar həyatında oynadığı xüsusi rola diqqət çəkərək Onun misilsiz xidmətlərinin və bənzərsiz yorulmaz fəaliyyətinin gürcü xalqı tərəfindən rəğbətlə qarşılandığını xatırlatdı.
Sonra çıxış edən Gürcüstan Beynəlxalq Münasibətlər və Poltologiya Akademiyasının prezidenti Simon Kobadze Mehriban Əliyeva haqqında sanballı kitabın gürcü dilində tərcümə edilməsini ölkələr arasında ictimai-siyasi, elmi-mədəni əlaqələrin qürurverici nümunəsi kimi qiymətləndirərək elm və təhsil sahəsində əməkdaşlığın münasibətlərimizin möhkəmlənməsinə verdiyi sanballı töhfələrdən bəhs etdi. Mehriban xanımın gürcü xalqının elm və mədəniyyət irsinə göstərdiyi diqqət və qayğısına görə, minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən Cingiz Qənizadə Mehriban Əlyevanın çoxşaəli fəaliyyətində humanizmin xüsusi yer tutduğunu, insan hüquq və mənafelərinin qorunmasında, layiqli həyatlarının təmin edilməsində və Mehriban xanımın bilavasitə təşəbbüsü ilə son 15 ildə qəbul edilmiş
çoxsaylı əfv və amnistiya aktlarının əhəmiyyətindən danışdı.

“SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov da çıxışı zamanı Azərbaycanın Gürcüstanda uğurla icra etdiyi çoxsaylı layihələrdən, qazlaşdırma, elektrik enerjisi, su təminatı, digər böyük infrastruktur və sosial tədbirlərdən bəhs etdi. Bildirdi ki, Azərbaycanın dəstəyi ilə Gürcüstanda 100-lərlə tələbəyə təqaüdlər verilir, müxtəlif tədris müəssisəsiləri kompüter və digər vəsaitlərlə təmin olunur.
Türkiyənin Gürcüstandakı səfirinin birinci müavini Onur Sezin

Azərbaycan-Gürcüsatn-Türkiyə mehriban qonşuluq siyasətinin regionun təhlükəsizliyi, sabit və davamlı inkişafında mühüm rol oynadığını, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və digər birgə həyata keçirilən layihələrin bölgədə geniş əməkdaşlıq mühiti yaratdığını qeyd etdi. Bildirdi ki, 3 dost və qardaş ölkənin strateji müttəfiqliyi bölgə ölkələri üçün yaxşı əməkdaşlıq nümunəsinə çevrilib. Cənab Sezin Mehriban xanımın humanitar sahələrdəki çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirdi.

M.F.Axundov adına Mədəniyyət Mərkəzinin direktoru Leyla Əliyeva Azərbaycanın Gürcüstanın ictimai-sosial həyatında yaxından iştirak edərək davamlı dəstək göstərdiyini, bu ölkədə yaşayan azərbaycanlıların sosial-mədəni inkişafına əvəzsiz töhfə verdiyini, Axundovun və Nərimanovun ev muzeylərinin təmir edilməsində böyük xidmətlərini alqışladı. Bu cür həssas diqqət və qayğıya görə, Azərbaycan dövlətinə dərin hörmətini ifadə etdi.

Tədbirin yekununda çıxış edərək Gürcüstan Elmlər Akademiyasının rəhbərliyinə, tədbir iştirakçılarına dərin minnətdarlığımı bildirdim. Qeyd etdim ki, mənim üçün əlamətdar olan bu gündə Gürcüstan Beynəlxalq Münasibətlər və Politologiya Akademiyasının Fəxri üzv diplomu və vəsiqəsi ilə təltif olunuram. Bu diplom mənim kiçik əməyimə verilən böyük dəyərdir, Heydər Əliyev siyasətinin təşviqi və təbliği istiqamətində fəaliyyətimə,

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla həyata keçirdiyi möhtəşəm dövlət siyasətindəki xidmətlərimə və bu siyasəti əks etdirən elmi-siyasi əsərlərimə verilən sanballı qiymətin nəticəsidir.

Vaqif Abdullayeva-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş