Newscenter.az.7.06.2021. Azərbaycandan kənarda fəaliyyət göstərən daha bir diaspor təşkilatı maliyyə problemi səbəbindən ofisini bağlamaq məcburiyyətində qalıb.
Newscenter.az xəbər verir ki, bu Yunanıstanda fəaliyyət göstərən «QALA» Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətidir.
Cəmiyyətin sədri Rəşid Məmmədov bildirib ki, "QALA" Cəmiyyətinin idarə heyəti ofisin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edib. Qərara əsasən 31 İyun 2021 ci il tarixdən etibarən Cəmiyyətin Saloniki şəhərindəki ofisinin fəaliyyəti dayandırılacaq.
Qeyd edək ki, Yunanıstandakı erməni diasporu sözügedən cəmiyyətin uğurlu fəaliyyətindən ciddi narahat olur, davamlı olaraq cəmiyyəti nüfuzdan salmağa çalışır, onun fəaliyyətinin dayandırılmasına cəhd edirdilər. Cəmiyyətin ofisinin bağlanması xəbərini Yunanıstan erməniləri sevinclə qarşılayıb.
NEWSCENTER.AZ