Bakıda təhsil işçilərinin 82 faizi vaksinasiya olunub
Tarix: 8-06-2021, 12:24
Newscenter.az.8.06.2021. Hazırki dövrədək paytaxt Bakıdakı təhsil müəssisələrində çalışanların 82 faizi vaksinasiya olunub.
Bu barədə Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bu məqsədlə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi fəaliyyət göstərir.
Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesində iştirak edib.
R.Mehdiyeva