Newscenter.az.8.06.2021. Maldivin xarici işlər naziri Abdulla Şahid Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti seçilib.
Bu barədə Newscenter.az xarici mətbuata istinadən xəbər verir.
BMT Baş Assambleyasının hazırkı sədri Volkan Bozkır Şahidin xeyrinə olan gizli səsvermənin nəticələrini elan edib. Məlum olub ki, iştirakçı 193 ölkədən 2-si səs verməyib.
Bozkır bildirib ki, Şahid çoxtərəfli diplomatiyada geniş təcrübəyə malikdir.
Anar TAĞIYEV