Newscenter.az.8.06.2021. İsrail Azərbaycan əlaqələri ikinci Qarabağ müharibəsində uğrula sınaqdan çıxdı. Ümumiyyətlə B. Netanyahunun Baş nazirliyi dövrünü İsrail -Azərbaycan əlaqələrinin qızıl dörvü kimi qiymətləndirmək olar. B. Netanhaunun 12 illik Baş nazirliyi sona çatdı. israildə yeni hökumət formalaşıb. “Yeş Atid” partiyasının lideri Yair Lapid, “Yeş Atid”, “Blue and White”, “Yisrael Beytenu”, “Yamina”, “New Hope”, “Labour”, “Meretz və “Raam” tərəfindən dəstək alaraq yeni koalisya hökuməti qurduğunu bildirib. Yair Lapidin yeni koalisya hökuməti ilə Azərbaycan arasında əlaqələrin davam etdirlilməsi gözlənilir. Çünki, İsrail prezidenti. Y. Ruvlenin respublika günü ilə əlaqədar Azərbaycan prezidentinə məktubunda ikitərəfli əlaqələrin bundan sonra da davam etdirilməsini vurğuladı. Həmçinin bu məktubda Azərbaycanın İsraildə səfirliyinin açılmasını xüsusi olaraq arzu etdi.
Göründüyü kimi İsrail rəsmiləri daima Azərbaycanın İsraildə səfirlyinin açılmasını yüksək səviyyədə qeyd edirlər. Bu, İsrailin Azərbaycana qarşı münasibətinin yüksək səviyyədə olduğunun göstəricisidir. İsraildə hökumət kabinetlərinin dəyişməsinə baxmayaraq Azərbaycanla əlaqələr yüksək səviyyədə saxlanılır. Bundan sonra da belə olacağə gözlənilir.
Yeni hökumətlə rəsmi Bakı əməkdaşlığını İsraildə səfirlik açmaqla başlamalıdır. İsraildə səfirliyin açılması Azərbaycanla müsəlman dünyası arasında probelmə gəldikdə isə, belə bir problemin olacağı gözlənilmi. Çünki, bir çox ərəb və müsəlman ölkəsi İsraillə sülh və əməkdaşlıq müqaviləsi bağlayır. Hətta İran ABŞ -la nüvə sazişinə görə İsrailə qarşı açıq düşmənçilik siyasətindən bir qədər geri çəkilib. Qeyd edim ki, Azərbaycan Qarabağ müharibəsindən sonra, tərəfdaş ölkələrlə strateji və müttəfiqliq müqavilələri bağlamalıdır. Bu müqaviləninin İsraillə bağlanmasının artıq vaxtı çatıb.
Azərbaycandan İsrailə köçən minlərlə yəhudi həmyerlimiz var. Onlar Azərbaycanın haqq işini orada müdafiə edirlər. Səfirliymizin orada açılması, İsraildə Qafqaz yəhudilərinin bir arada birləşdirəcək.
Milli Cəbhə Partiyası olaraq İsrail prezidentinin israildə səfirliyimizin açılması çağrışına müsbət cavab verilməsini arzu edirik. Azərbaycan İsrail arasında strateji və əməkdaşlıq sazişinin bağlanmasını iki ölkə arasında əlaqələrin rəsmiləşməsinə gətirəcək addım kimi qiymətləndiririk.
Məhəmməd Əsədullazadə
MCP sədrinin muavini, politoloq.