Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya "Alfa" qrupunu Xankəndinə yerləşdirib-İLGİNC SƏBƏB

Rusiya "Alfa" qrupunu Xankəndinə yerləşdirib-İLGİNC SƏBƏB


Newscenter.az.8.06.2021. "Rusiya Ermənistanda seçki günü və sonrakı günlərdə aktiv hərbi çevrilişə çalışır. Bunun üçün Xankəndində məsuliyyət zonasında alfa qrupunu yerləşdirib".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O qeyd edib ki, həmin qrup məhz 2008- ci il 1 mart prezident seçkilərinin nəticələrinə etiraz üçün meydana çıxan kütləyə qarşı istifadə edilərək S. Sarkisyanı və R. Koçaryanı qəzəbli xalqın caynağından qurtarıb:

"2008-ci il seçkilərində hakmiyyətin qalması üçün Rusiya öz çevik hərbi qüvvəsi ilə Yerevanda R. Koçaryanı və S. Sarkisyanın hakmiyyətini müdafiə etdi. İndi isə, müxalifətdə olan R. Koçaryanı və S. Sarkisyanı müdafiə və hakmiyyətə gətirmək üçün öz elit qüvvələrini Xankəndində saxlayır. Hər iki halda üstündən 14 il keçməsinə baxmayaraq Alfa yenə də N. Paşinyana qarşı istifadə ediləcək. Məhz 2008-ci il mart hadisələrində N. Paşinyan aktiv müxalifətin önündə gedirdi".

Politoloq deyib ki, R. Koçaryan kifayət qədər Rusiyaya arxayındır:

"Seçkinin nəticələrini tanımayacağını elan edəcək. Silahlı insident yaratmağa çalışacaq və bununla etiraz aksiyaları təşkil edəcək Rusiya Xankəndindən 'Alfa" qrupunu Yerevana gətirib, Koçaryana dəstək verməklə hərbi çevrilişdə rol ala bilər. Ermənistanda aktiv müxalifət formalaşır və burada silahların işə düşməsi mümkündür. ABŞ isə N. Paşinyanı qoruyacaq".

Mehman
Xəbəri paylaş