Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şərqi Azərbaycanda zəlzələ olub



Newscenter.az.8.06.2021. İranın mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycan əyalətində 4,2 və 4 bal gücündə iki zəlzələ olub.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.

Birinci zəlzələ yerli vaxtla səhər saat 03.31-də baş verib. Yeraltı təkanların episentri 8 km dərinlikdə yerləşib.

4 bal gücündə olan ikinci zəlzələ isə saat 07.44-də qeydə alınıb və 10 km dərinlikdə baş verib.

Yeraltı təkanlar nəticəsində itki, yaralı və dağıntıların olub-olmaması barədə məlumat yayılmayıb.
Xəbəri paylaş