Newscenter.az.8.06.2021. Nazirlər Kabinetinin 7 iyun 2021-ci il tarixli, 335 saylı Sərəncamı ilə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə Bakıda ümumi sahəsi təxminən 3.500 kv.m olan bina ayrılıb.
Bu barədə Kollegiyanın sədri Anar Bağırov məlumat verib.
"Cənab Prezidentin 2005-ci və 2018-ci illərdə vəkilliyin güclənməsi naminə qəbul etdiyi müvafiq Sərəncamlarda VK üçün Bakı şəhərində bina ilə bağlı Nazirlər Kabinetinə verdiyi tapşırıqlar icra olundu. Xüsusilə mürəkkəb bir məsələ idi, çox xoşbəxtəm ki, sədr seçildiyim gündən etibarən rast gəldiyim ən çətin problemlərdən biri həllini tapdı. İnanıram ki, tezliklə müasir və modern "Vəkil Evi" vəkillərimizin istifadəsinə veriləcək".