Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2020-2021-ci tədris ilində 1 600 nəfər müəllim işə qəbul olunub



Newscenter.az.9.06.2021. 2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə 1739 vakansiya təqdim olunub.

Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, müsabiqə və müsahibələr nəticəsində 2020-2021-ci tədris ilində 1 600 nəfər işə qəbul olunub.
Bunlardan 760 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi, 580 nəfər müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə, 260 nəfəri isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

R.Mehdiyeva
Xəbəri paylaş