İsrailin minaların təmizlənməsində dəstəyi müzakirə olunub
Tarix: 9-06-2021, 13:09
Newscenter.az.9.06.2021. İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olub.
Newscenter.az xəbər verir ki, bu barədə ANAMA-a məlumat yayıb.
Diplomat ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb. Tərəflər Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan genişmiqyaslı minatəmizləmə fəaliyyətlərinə İsrailin mümkün dəstəyi məsələsini müzakirə ediblər.