Newscenter.az.9.06.2021. Mingəçevir “ASAN Həyat” kompleksində “Hədiyyə karvanı” layihəsi reallaşdırılıb. Newscenter.az xəbər verir ki, layihə “YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə həyata keçirilir.
Öncə Mingəçevir “ASAN Həyat” kompleksində, sonra isə həmin şəhərdən olan şəhidlərimizin ailələri ziyarət olunaraq onların uşaqları üçün hədiyyələr paylanılıb.
Xatırladaq ki, “Hədiyyə karvanı” layihəsi çərçivəsində şəhidlərimizin övladlarına müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr, idman geyim dəstləri, qoruyucu maskalar, jurnallar paylanılır. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də yaradıcı potensialllarının inkişafına dəstək olmaqdır.
Ankara şəhərindən start götürən layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarına səfər edilir və həmin rayonlardan olan şəhidlərimizin övladlarına hədiyyələr paylanılır.
1 iyun tarixindən start götürən layihə bu günə qədər Tovuz, Ağstafa, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Ağdam, Tərtər, Bərdə, Ağcabadi, Füzuli, İmişli, Kürdəmir şəhərində gerçəkləşdirilib. Növbəti günlərdə layihənin Şəki və Balakəndə də həyata keçirilməsi nəzərdə tutulur.
Sevinc