Newscenter.az.9.06.2021. 44 günlük Vətən müharibəsində respublikanın hər bir bölgəsindən olduğu kimi Sabirabad rayonundan da yüzlərlə gənc düşmənlə döyüşlərdə iştirak edib, tarix yazıblar. Onlardan biri də "Qarabağ” ordenli yeganə sabirabadlı Qardaşxanov İbrahim Səmid oğludur.
Newscenter.az xəbər verir ki, İbrahim Qardaşxanov 13 avqust 2000-ci ilde Sabirabad rayonu Poladtuğay kədində anadan olub. 2007-ci ilde orta məktəbə gedib. 2018-ci ilde Mahir İsmayılov adına məktəbi bitirdikdən sonra hərbi xidmətə çağrılan qəhramanımız 2019-cu ilde DSX XT hərbi hissədə kurs keçərək 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizirkimi xidmətə başlayıb. Hazirda da DSX Qubadlı rayonunda N sayli hərbi hissədə xidmət edir.
O, Ali Baş Komadan İlham Əliyev tərəfidən “Qarabağ” ordeni, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib və Veteranlıq statusu alıb. 21 yaşı var, nişanlıdır, 3 qardaşı var, evin sonuncu övladıdır.
NEWSCENTER.AZ