Newscenter.az.9.06.2021. 10 noyabr 2020-ci ildə Azərbayca prezidenti cənab İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyannamənin 5-ci bəndinə əsasən, Rusiya və Türkiyə hərbiçilərinin nəzarəti altında fəaliyyət göstərəcək Birgə Monitorinq Mərkəzi inşa edildi və 30 yanvar 2021-ci ildə istifadəyə verildi. İmzalanmış bəyannamənin şərtlərinə əsasən yaradılmış bu mərkəzin fəaliyyətinin əsas məqsədi tərəflər(Ermənistan və Azərbaycan) arasında atəşkəsin qorunması və qalıcı sülhə nəzarət edilməsini təmin etməkdən ibarətdir. Bu mərkəzin fəaliyyət sahəsin bir az da dəqiqləşdirsək, belə izah etmək olar.
-Atəşkəsə nəzarət,
-Qarşılıqlı şəkildə kəşfiyyat-dversiya qruplarının qarşısını almaq,
-Laçın koridorun, rus sülhməramlıların fəaliyyətinə havadan dronlar vasitəsi ilə nəzarət etmək,
-Tərəflər arasında qarşıdurmanın yaranmasına imkan yaratmamaq,
-Tərəflərə bərabərhüquqlu münasibət sərgiləmək və s. hallar.
Uzun müddətdir Ermənistan və Azərbaycan arasında davam edən insidentlər onu göstərir ki, 30 yanvar 2021-ci ildən bəri fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti o qədər də qənaətbəxş deyil.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyannaməsindən sonra Ermənistan tərəfinin yaratdığı sərhəd təxribat-pozuculuq fəaliyyəti nətisində bir neçə erməni terrorçu diversantları saxlanılıb. Ermənistan tərəfi imzalanmış atəşkəs bəyannaməsinin şərtlərini pozularaq silahlı qarşıdurma yaradıb. Erməni tərəfinin dversant qrupları işğaldan azad edilmiş ərazilərə keçərə önəmli yerlərə yeni minalar basdırıblar ki, onun da nəticəsini bir neçə gün əvvəl iki media işçilərimizin və bir dövlət məmurumuzun minaya düşərək həlak olmasını gördük.
Ermənistanın və ermənilərin bu qədər "fəaliyyəti"nə baxmayaraq bu günə qədər sözügedən məekəzin əməli fəaliyyi haqqında hansısa məlumat verilməyib. O zaman sual oluna bilər ki, əgər bu mərhəz həqiqətən də tərəflər arasında atəşkəsə nail olmaq və qalıcı sülhü əldə etmək niyyətindədirsə, niyə tərəflər(Ermənistan və Azərbaycan) arasında baş verən proseslərə niyə nəzarət edə bilmir? Tərəflərin(Rusiya və Türkiyə) apardığı müşahidələr harada və necə təftiş edilir? Təbii ki, bu tip suallar çoxdur. Görünən odur ki, regionda vəziyyət getdikcə ağırlaşır. Təbii ki, belə vəziyyətdə əsas məsuliyyət münaqişə tərəflərinin üzərinə düşür. Hesab edirəm ki, qısa zaman sonra tərəflərsən hansısa məlumat əldə etmək olar.
Samir Hümbətov-siyasi şərhçi